
Emosional Tükənmə
Emosional tükənmə – bizim emosional və fiziki yorğunluğumuzun nəticəsində işimizə qarşı yaranan münasibətdir. Mütəxəssislər buna tibbi diaqnoz müəyyən etməyiblər. Sindrom uzun müddət davam edən stressin nəticəsi olaraq təyin edilir. Bu xəstəlik olmasa da, xəstəliyin inkişafına təkan verən bir nüansdır. Müasir dövrdə emosional tükənməyə çox rast gələ bilərik.

Hansı peşə sahibləri emosional tükənməyə daha çox məruz qalır? Bura əsasən ‘insanlarası’ peşələrdə fəaliyyət göstərənləri: idmançıları, həkimləri, incəsənət xadimləri, müəllimləri, proqramçıları və tərbiyəçiləri aid etmək olar.
Emosional tükənmənin səbəbləri
Tükənmək – dünya ilə əlaqələri kəsmək, özünü digər insanlardan təcrid etmək deməkdir. Belə hallarda həyat sizə sevinc, iş isə sizə məmnuniyyət vermir.
1. Almaqdan çox verirsiniz;
2. Daha çox məsuliyyət daşıyırsınız;
3. Əsl hisslərinizi daim gizlətmək məcburiyyətində qalırsınız.
Sosial peşə fəaliyyətlərində emosional tükənmə hallaqı geniş yayılıb və təəssüflər olsun ki bunun qarşısını almaq və müalicə etmək üçün heç bir tədbir görülmür. Daha təəccüblüsü odur ki, insanlar bunun nə olduğunu bilmir və bunu adi yorğunluqla əlaqələndirirlər.
Əgər siz də bu əlamətləri hiss edirsinizsə, nə etməlisiniz?
Hər şeydən əvvəl belə bir halın olduğunu qəbul edin. Emosional tükənmənin ilkin mərhələlərində özünüz özünüzə kömək edə bilərsiniz. Ətrafda beş dəqiqəlik gəzinti, rəqs və musiqi çox faydalı ola bilər. Fikirlərinizi digər mövzulara yayındırmağa çalışın. Unutmaq olmaz ki, insanlardakı əsl stressin səbəbi xəyal qırıqlığı və ya etdiyi səhvlər deyil, belə situasiyalarda özlərini necə apara bilmələridir. Əgər belə bir halın daha dərin mərhələlərə nüfuz etdiyini hiss edirsinizsə mütləq psixoterapevtlə xüsusi tədbirlərə başlamaq lazımdır.
Sizə, psixoterapevtimizlə ünsiyyətdə olmaq üçün əlaqə nömrələrini xatırladırıq: +994517430022.
Əsas odur ki, emosional tükənmə sindromunun bir xəstəlik deyil, sadəcə olaraq sizin psixoloji vəziyyətinizin emosional gərginliklər qarşısında verdiyi reaksiya olduğunu unutmayasınız.



