Mənim Azərbaycanım!

COP29

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq çərçivəsində Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumu və Pan-Afrika İqlim Ədaləti Alyansı (PACJA) tərəfindən QHT-lər üçün “COP29-la bağlı beynəlxalq təşəbbüslər” İqlim ədaləti uğrunda beynəlxalq həmrəyliyin gücləndirilməsi adlı layihəsinin ilk tədbiri 9 noyabr 2024-cü il tarixində keçirilmişdir.

“İnnovativ Proqress və Ekologiya” Sosial-İqtisadi İnkişafa Dəstək İctimai Birliyinin sədri Səidə Musayeva “World Business Center”da olan konfransda rəsm sərgisini təşkil etmişdir. Təşkilatın aktiv üzvlərinin rəsim işlərini nümayiş etdirilmişdir.

Tədbirdə Azərbaycan Respublikanın Milli Məclisin Deputatı Azər Allahverənov ,Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına (QHT) Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva, Milli QHT Forumu İdarə Heyətinin sədri Ramil İskəndərli və Qeyri- Hökumət Təşkilatlarının sədrləri iştirak etmişdir.Sərgi qonaqların diqqətini çəkmiş və maraqla qarşılanmışdır.