
Aydan Salahova: Sənətə Sonsuz Sevgi
Sərginin açılış günü sərgi mərkəzi müasir incəsənət sevərlərinin görüş yerinə çevrildi. Aydan Salahovanın əsərlərinə heyranlığını ifadə etmək və bu əsərlərin fərdi yozumu ilə bağlı müzakirələr aparmaq üçün demək olar ki, bütün Bakı elitası ora toplaşmışdı.

Məşhur azərbaycanlı rəssam Tahir Salahovun qızı olan Aydan öz yaradıcılığında tamamilə sərbəstdir və heç kimə bənzəmir. O, gizli gözəllik mövzusunda işləyir, buna görə də onun tablolarında qadın simaları çadra ilə örtülüdür. Bu, dəyişkən incəsənət dəbinə boyun əymək deyil, daha çox sirli qadın təbiətinin özgə gözlərindən gizli qalan tərəflərini anlamağa cəhddir. Sənətkarın “Mən özümü sevirəm” və “Fars miniatürləri” silsiləsindən olan əsərləri, eləcə də üç video-instalasiya qalereyanın üç mərtəbəsində nümayiş olunurdu və ziyarətçilərdə böyük maraq oyatdı.Aydan Kiçik QalArt qalereyasının açıq üst meydançasında qonaqları qəbul edir və jurnalistlərin suallarını cavablandırırdı.

Bizim “əzəli” sualımız olan “Sizin üçün Fortuna nə deməkdir?” sualına Aydan sadə cavab verdi:
“Ən böyük bəxt – belə gözəl bir ailədə dünyaya gəlməkdir!”




