PR & LiFestyle

“Hər Yeni Bilik, Hər Yeni Təcrübə Bizi Daha Güclü və İnamlı Edir.”-Leyla Naxçıvani

Bugünkü dünyada öyrənmək yalnız məktəblə bitmir. Məncə, insanın inkişafı yalnız texnologiya və pul qazanmaqla ölçülmür. Əsl inkişaf odur ki, insan həm mənəvi, həm də düşüncə baxımından böyüsün, dünyaya daha geniş baxa bilsin.
Uşaqlıq dövrü insan həyatında ən vacib mərhələdir. Çünki biz o dövrdə həm öz xarakterimizi formalaşdırırıq, həm də gələcəkdə kim olacağımıza qərar veririk. Bu günümüz sabahımızı formalaşdırır.Təəssüf ki, bir çox gənc hələ də öz fikirlərini açıq şəkildə deməyə çəkinir və bacarıqlarını göstərməkdən qorxur.Məncə, maarifləndirici tədbirlər — yəni müxtəlif təlimlər, liderlik proqramları, debat dərsləri və sosial layihələr — biz gənclərə özümüzə inanmağı və özümüzü inkişaf etdirməyi öyrədir.Mən Avropa Gənclər Parlamentinin (EYP) fəal üzvüyəm və bunun həyatımda böyük təsiri olub.Avropa Gənclər Parlamentində (EYP) ən vacib şeylərdən biri komanda işi bacarığıdır. Biz müxtəlif düşüncəli gənclərlə bir yerdə işləyirik, və birlikdə qərar verməyi öyrənirik. Burada həm də analitik düşüncə, məntiqi və logistika düşüncəsi, liderlik bacarığı və düzgün strategiya qurmaq bacarığı inkişaf edir.Bu bacarıqlar mənə dərslərdə və gündəlik həyatda çox kömək edir. Daha tez qərar verirəm, çətin vəziyyətlərdə sakit qalmağı bacarıram. Burada qazandığım təcrübə və yeni baxış bucaqları mənə motivasiya verir və inanıram ki, gələcəkdə daha böyük uğurlar qazanacağam.
Qadınlar və uşaqlar cəmiyyət üçün çox dəyərlidir və onların inkişafı hamımız üçün vacibdir.Onların inkişafı yalnız bir nəfərin deyil, bütün xalqımızın uğurudur. Bir qadın nə qədər çox öyrənsə, həm ailəsinə, həm də cəmiyyətə faydalı olur. Mən İnnovativ Proqress və Ekologiya Sosial-İqtisadi İnkişafa Dəstək İctimai Birliyinin təşkil etdiyi “İnnovativ düşüncə: İnkişafa doğru addımlar” və “Uğura gedən inkişaf yolu: Uğurlu ananın övladına təsiri” adlı tədbirlərdə iştirak etmişəm. Orada qadın sahibkarların uğur hekayələrini eşitmişəm və onların çalışqanlığı məni çox təsirləndirib.Bir məktəbli olaraq, bütün yaşıdlarıma, xüsusilə də Bakı şəhəri 23 nömrəli tam orta məktəbin şagirdlərinə, layihələrdə iştirak etmələrini və maarifləndirici tədbirlərdən yararlanmalarını tövsiyə edirəm. Çünki hər birimiz öz işığımızla başqalarını da işıqlandıra bilərik.Maarifləndirici tədbirlər bir günlük seminar deyil — onlar bizim gələcəyə açılan qapımızdır. Hər yeni bilik, hər yeni təcrübə bizi daha güclü və inamlı edir.
Biz gənclər və məktəblilər olaraq dövlətimizin, xüsusilə də cənab Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın gənclərin inkişafına verdiyi dəstəyə görə təşəkkür edirik.

Müəllif:Leyla Naxçıvani