Fortunanın qonağı

Lyudmila Duxovnaya «Mənim dostum Fortuna»

Lyudmila Semenovna – “Qızıl Dərviş” teatr mükafatı laureatı, tamaşaçı rəğbəti üzrə yeddiqat “Apofiqey” mükafatı qalibi, “Şərəf Nişanı” ordeni, “Humay” mükafatı, “Qızıl Dərviş” teatr mükafatı, “Rusiyanın Milli Aktyor Mükafatı” – Andrey Mironov adına “Fiqaro” mükafatının “Rus repertuar teatrına xidmətə görə” nominasiyası üzrə sahibi, çiyinlərində 130-dan artıq parlaq ifa olunmuş rol və Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının səhnəsində əlli ildən artıq aktyor fəaliyyəti olan sənətkardır.

Mən dəfələrlə demişəm: Lyudmila Semenovna – təkrarsız, valehedici, səhnədən bütün emosiyaları və hissləri tamaşaçıya dəqiqliklə çatdırmaq bacarığına malik inanılmaz bir aktrisadır. O, bu xüsusiyyəti ilə Bakı, Moskva və Sankt-Peterburqun əsas teatr səhnələrini fəth edib.

Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrında Lyudmila Semenovnanın baş rolda çıxış etdiyi “Payız sonatası” tamaşasının nümayişi zamanı çəkilmiş kadrlar.

Eksklüziv müsahibəmizdə Lyudmila Duxovnaya həyatında Fortunanın rolu haqqında danışır və şəxsi uğur formulasını bölüşür.

– Lyudmila Semenovna, bizə Fortunanın təbəssümündən, həyatınızdakı xoş təsadüflərdən danışın.

– Fortuna – mənim ən yaxşı və sevimli rəfiqəmdir. O, hər zaman yanımdadır və nadir hallarda üzünü məndən çevirir! Mirzəağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutuna qəbul olunduğum il, təsəvvür edin ki, instituta 20 ildən sonra ilk dəfə rus bölməsi açıldı! Bu, Fortunanın təbəssümü deyilmi?! Yaxud Elçinin “Ah, Paris, Paris!” pyesi əsasında hazırlanan tamaşada Azərbaycan Milli Teatrında iki dildə oynamaq mənim üçün taleyin hədiyyəsi deyilmi?! Və mənim oyunumu ümummilli liderimiz, böyük prezidentimiz Heydər Əliyev yüksək qiymətləndirmişdi! 2016-cı ildə Oleg Basilashvili, Sergey Bezrukov, Oleg Tabakov, İnna Çurikova, Yuliya Borisova, Svetlana Kryuçkova, Svetlana Nemolayeva, Valentin Qaft, Aleksandr Şirvindt kimi görkəmli aktyorlarla birlikdə mənə aktyor sənətində xüsusi uğurlara görə verilən Andrey Mironov adına “Fiqaro” Milli Aktyor Mükafatı təqdim olundu! Və mən – bu mükafata sahib olan yeganə Azərbaycan aktrisasıyam! Bütün bunları və yaradıcılığımda, həyatımda baş verən bir çox xoşbəxt məqamları mən öz rəfiqəm – Fortunanın “oyunları” hesab edirəm! (gülür)

Səməd Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrında Lyudmila Semenovnanın baş rolda çıxış etdiyi və sonradan bizə səssizcə etiraf etdiyi kimi, onun ən sevimli tamaşalarından biri olan “Payız sonatası”nın nümayişi zamanı çəkilmiş kadr.

– Sizin uğur formulunuz nədir?

– Mən poeziyanı çox sevdiyim üçün cavabımı Boris Pasternakın sözləri ilə vermək istəyirəm: «Hər şeydə mahiyyətə varmaq istəyirəm. İşdə, yol axtarışında, qəlb qarışıqlığında!» Bu sözlər mənim uğur formuluma çox uyğundur: Maraqlanmaq + Təcrübə + Sevgi!

Lyudmila Duxovnaya qızı Fatimə İbrahimbəyova ilə birlikdə. Foto Lyudmila Duxovnanın şəxsi arxivindən götürülüb.

 

 

Müəllif: Cəmalə Naxçıvani.