
Şairə və “Söz” Ədəbi Layihəsinin Təsisçisi Nigar Həsənzadə
Nigar Həsənzadə — şairə, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Beynəlxalq Ədəbi PEN İnternational təşkilatının üzvü və “Söz” ədəbi layihəsinin təsisçisidir. 2000–2014-cü illərdə Nigar Həsənzadə Londonda yaşamış və çalışmış, dəfələrlə ölkənin ən nüfuzlu səhnələrində çıxış etmişdir: South Bank, Institute of Contemporary Art – ICA, River Side Studios, Poetry Cafe, Lauderdale House, St. James Church, Puşkin Evi və digər tanınmış məkanlarda.
Nigar Həsənzadənin dünyanın aparıcı şairləri tərəfindən tərcümə olunmuş şeirləri Böyük Britaniya, Almaniya, İtaliya, Türkiyə, ABŞ, Kanada, Avstraliya, Polşa, Macarıstan, Rusiya, İsrail və Misirdəki ədəbi nəşrlərin səhifələrində dərc olunur.

Nigar Həsənzadəyə XX əsrin ən yaxşı qadın şairələrinə həsr olunmuş antologiyalarda rus poeziyasının ölməz adları ilə bir sırada yer almaq qismət olub. ( “Russian Women Poets” – redaktor: professor Valentina Poluxina, “Carcanet” nəşriyyatı / ABŞ, 2005-ci il və “Modern Poetry in Translation” / Böyük Britaniya, 2002-ci il.)
2009-cu ildə Böyük Britaniya Kitabxanası şair Nigar Həsənzadəni Böyük Britaniyada yaşayan ən yaxşı 10 xarici şairdən biri kimi seçmişdir. Nigar Həsənzadənin şeirləri müəllifin ifasında məşhur Britaniya Kitabxanasının əbədi audio arxivlərinə daxil edilmişdir.

– Həyatınızda baş vermiş xoşbəxt bir hadisəni, Fortunanın sizə gülümsədiyi anı bizimlə bölüşə bilərsinizmi?
– Mən sizinlə səmimi olacağam. Məncə, uğur insana layiqincə gəlir və bu, qəfil baş verən bir şey deyil. Bu, taleyin bizə verdiyi bir hədiyyədir ki, biz ona əməllərimiz, düşüncələrimiz və arzularımızla doğru irəliləyirik və onu qazanırıq. Mənim həyatımda belə dönüm nöqtələri az olmayıb. Hamısını xatırlamaq mümkün deyil. Bu, o insanlarla rastlaşmalar və tanışlıqlardır ki, tale onları mənim yoluma çıxardı və həmin dövrdə mənim üçün zəruri olan məlumatı mənimlə bölüşdülər, “əlimdən tutub” məni məhz getməli olduğum yerə apardılar. Bu insanlar hər zaman mənim qəlbimdə və dualarımdadırlar.

Мой АМИР!
Всю жизнь наизнанку, как тело – на вынос!
Любовь хулиганку, купила на вырост…
Нет, нет родила, доносила, вскормила
Всем самым заветным в себе, самым милым.
Слепила молитвой, душою и телом
По буквам на чистом листе – самом белом.Свое – не раздельное – цельное – слава!
Свое большеглазое и кучерявое.
Свое – до конца – до последнего выдоха!
Без права свернуть и направиться к выходу.Любовь от которой не больно, не холодно
Любовь для которой я выгляжу молодо.
И время ее только шире в обхват
Богатство мое, драгоценней карат.Весь мир ждал, когда я такую любовь
Рожу наконец через тернии в кровь
Завидуйте, Я научилась писать !
И вот наконец, нет поэта – есть мать !
– Bəs Sizin uğur formulanız nədir?
– Mənim formulam bir neçə tərkib hissəsindən ibarətdir: özünə və etdiyin işə inam, üstəgəl istək, üstəgəl nəticənin dəqiq vizualizasiyası.
Müsahibəni aparan: Səidə Musayeva, jurnalın baş redaktoru.



