Face to business

Dior-un «Taro Qəsri» və Estetik Haute Couture

 

Onlayn dünyada izləyicini təəccübləndirmək çətindir. Hər gün biz dayanmadan informasiya axını alırıq və diqqətimizi cəmləmək üçün xeyli səy göstərməliyik. Bu qayda moda dünyasında da tətbiq olunur. Hər dizayner öz şousunu yalnız böyük ölçüdə deyil, həm də izləyici üçün mümkün qədər maraqlı etməyə çalışır. Rəssamlar, müxtəlif rejissorlar və model biznesindəki yeni simalarla daha çox əməkdaşlıq yaranır. Belə şoulardan biri, Dior markasının 2021-ci ilin yaz  kolleksiyasını təqdim etdiyi film ilə Paris Moda Həftəsi çərçivəsində təqdim olundu.

 

“Taro Qalası”- («Le Château du Tarot»)

 

Məchul qala və sirli ziyarətçilər. Qız özünü anlamaqla bağlı sualların cavablarını axtarır və cavabları simvolik fiqurlar şəklində görür. Hər bir fiqur – Tarot kartlarının təsviridir: həm Şeytan, həm də Ədalət təsvir edilir.

 

 

Mini-film İtalyan ssenaristi Matteo Garrone ilə əməkdaşlıqda yaradılıb, onunla Maria Chiuri əvvəlcə 2020-ci ilin payız kütür kolleksiyasının filmi üzərində işləyib. Kolleksiya üzərində həmçinin İtalyan rəssamı Pietro Ruffo çalışıb. Bəzi paltarların üzərindəki şəkillər onun rəsmlərinin interpretasiyası idi. Bu, rəssamla olan ilk əməkdaşlıq deyil. Onlar birlikdə Tiepolo balı üçün hazırlıqlar aparmış və markanın 70 illik yubileyinin qeyd edilməsi üçün əməkdaşlıq etmişdilər.

 

 

Maria gündəlik geyim üçün uyğun olan mədəniyyəti əks etdirmək bacarığına sahib nadir dizaynerlərdən biridir. Mənbələrə görə, Maria Qratsiya Kiyurinin əsas ilham mənbəyi XV əsrdə Milan hersoqu üçün hazırlanmış Tarot kartları olub. Bu səbəbdən kolleksiya qiymətli daşlar və qədim qızıl rəngi ilə parlayır, kolleksiyanın hər bir detalı özünəməxsus zəriflik daşıyır. Bu kolleksiyadakı geyimlərdə ən çox rast gəlinən element isə ampir üslubunda boyun dekoltesidir.

 

 

Kolleksiyanın hər bir detalı müxtəlif simvolik işarələri əks etdirir: səma, bürc işarələri və o cümlədən dünya xəritələri. Əl ilə işlənmiş bürc işarələri, əvvəllər də Dior-un əvvəlki kolleksiyalarında rast gəlinmişdi, bu gün isə getdikcə daha çox populyarlıq qazanır və moda dünyasında fəal şəkildə əks etdirilir.

 

 

Kolleksiya 15-ci əsr İtaliya ab-havasını əks etdirir. Bu İtaliya — estetikdir, bəzən qaranlıq, sirli və eyni zamanda zərifdir. Maria Qratsia Kyurinin hər bir kolleksiyasında olduğu kimi, bu film vasitəsilə də biz sehrli və mistik bir nağıla səyahət edirik, burada hər kəs üçün bir yer var.

Sonda Mariyanın sözləri ilə yekunlaşdırmaq istəyirik:

«Bu gün hər kəs böhran zamanı hər şeyin sadə və funksional olmasına can atır. Amma moda — bu unikalıq, ustalıq və ənənədir. Əgər biz bunları dəstəkləməsək, onları itirmək riski ilə üz-üzə qala bilərik.»

 

 

Müəllif: Aysu Süleymanlı