
Sağlam Sosial Mühit

BMT-nin və digər beynəlxalq təşkilatların araşdırmalarına görə, hər üç qadından biri həyatının müəyyən dövründə zorakılığa məruz qalır. Məişət zorakılığı dedikdə yalnız fiziki zorakılıq deyil, həm də psixoloji, iqtisadi və cinsi zorakılıq formaları nəzərdə tutulur. Təəssüf ki, əksər hallarda zərərçəkənlər qorxu, iqtisadi asılılıq və ya ictimai təzyiq səbəbindən baş verənləri gizlətməyə üstünlük verirlər.

Eyni zamanda, o, ölkəmizin Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya onun humanist yanaşmasına, daim göstərdiyi qayğı və dəstəyə, qadınların sosial-iqtisadi inkişafına və ailə dəyərlərinin qorunmasına verdiyi böyük töhfələrə, eləcə də bu mövzuya göstərdiyi diqqət və qayğıya görə dərin minnətdarlığını ifadə edib.
Layihə çərçivəsində nəzərdə tutulan tədbirlər — Bakı, Sumqayıt, Lökbatan, Xırdalan və Xəzər rayonunda keçiriləcək görüşlər — müxtəlif bölgələrdə yaşayan insanlarla birbaşa ünsiyyət qurmağa geniş imkan yaradır. Bu görüşlərdə hüquqşünaslar, psixoloqlar və digər sahə mütəxəssisləri iştirakçılara həm hüquqi əsaslar, həm də psixoloji dəstək mexanizmləri barədə ətraflı məlumat təqdim edirlər.
Məhz bu tədbirlərdə birliyin sədr müavini Cəmalə Naxçıvani moderator qismində çıxış edərək peşəkar yanaşması, dərin analitik baxışı və cəmiyyətə ünvanladığı açıq çağırışları ilə iştirakçıların diqqətini cəlb edib.
Layihənin eksperti, hüquqşünas-psixoloq Natiq Babayev öz çıxışında maarifləndirmənin, sosial dəstəyin və cəmiyyətin birgə fəaliyyətinin zorakılığın qarşısının alınmasında mühüm rol oynadığını vurğulayıb. O bildirib ki, məişət zorakılığı ilə mübarizə yalnız hüquqi tədbirlərlə deyil, həm də ictimai şüurun dərin şəkildə dəyişdirilməsi ilə mümkündür. Onun çıxışı da auditoriyanı düşünməyə və mövzu ətrafında fəal müzakirələrə təşviq edən interaktiv formatda təqdim olunub.
Belə sosial təşəbbüslərin və layihələrin əsas məqsədi — zorakılığa qarşı cəmiyyətdə vahid mövqenin formalaşdırılması, düşüncə və münasibətlərin dəyişdirilməsi, zorakılıq hallarının vaxtında aşkarlanması və müdaxilə mexanizmlərinin gücləndirilməsidir. Xüsusilə qadınların və uşaqların gücləndirilməsi, onların iqtisadi müstəqilliyinin artırılması və hüquqlarının müdafiəsi cəmiyyətin sağlam təməl üzərində inkişaf etməsi üçün vacib şərtdir.




