Mənim Azərbaycanım!,  Taleh simFoniyası

Görkəmli Yazıçı Nizami Gəncəvi ili:“Xəmsə” və Dünyanı Dəyişən Qəhrəmanlıq-Romantik Poeziya

Azərbaycan Respublikasının Prezidenti tərəfindən verilmiş sərəncama əsasən, 2021-ci il görkəmli şair Nizami Gəncəvinin ili elan edilib. Bu təsadüfi deyil, çünki həmin il böyük ədibin anadan olmasının 880 illiyi tamam olur.

 

 

Dahi şair və mütəfəkkir Nizami Gəncəvi XII–XIII əsrlərdə Azərbaycanın qədim və böyük şəhərlərindən biri olan Gəncədə yaşayıb-yaratmışdır. Gəncə o dövrdə mədəniyyət mərkəzlərindən biri hesab olunurdu. Nizami böyük bir ədəbi məktəbin əsasını qoymuş, çoxsaylı davamçıları ilə dünya poetik-fəlsəfi fikrini zənginləşdirmiş və dünya şöhrəti qazanmışdır.

Nizami özünü söz sehrbazı adlandırmaqda haqlı idi. Onun dili digər şair və yazıçılardan fərqlənir – qəhrəmanların hiss və davranışlarını təsvir edərkən qeyri-adi sözlər işlətməsi ilə seçilir. Nizaminin məşhur “Xəmsə”si – “Beşlik” adlanan beş poemadan ibarət silsiləsi fars ədəbiyyatının abidəsi olsa da, Azərbaycan poeziyasının incisi sayılır. “Xəmsə”yə daxil olan beş əsər ümumi adla “Pənc Gənc” – yəni “Beş xəzinə” adlanır.

~

Sirlər Xəzinəsi

“Sirlər Xəzinəsi” poeması sufi ruhunda yazılmışdır. Əsər iyirmi fəsildən ibarətdir və hər biri dini və etik mövzulara həsr olunmuş traktatlardır. Poemada mənəvi və praktik məsələlər müzakirə olunur, ədalət təbliğ edilir və riyakarlıq inkar olunur. Əsərin əsas hissəsini iyirmi “Söhbət” təşkil edir. Birinci söhbət dünyanın və insanın yaranmasından bəhs edir. Nizami hesab edir ki, dünyanın yaranmasının təməlində məhz sevgi dayanır. Sonrakı söhbətlərdə isə o, ədalət və haqqa çağırır.

“Sirlər Xəzinəsi” romantik xarakter daşımayan, ritorik-poetik bir əsərdir və bu xüsusiyyəti ilə digərlərindən fərqlənir.

Poemadan iki həkimin mübahisəsi. Ağa Mirek, 1539–1543, Təbriz miniatür məktəbi

~

Xosrov və Şirin

“Xəmsə”nin ilk poeması “Xosrov və Şirin”dir. Nizami bu əsər üçün ilhamı Fəxrəddin Əsəd Gurganinin “Veys və Ramin” poemasından almışdır. “Xosrov və Şirin” fars ədəbiyyatında struktur baxımından tamlığı ilə seçilən ilk poemadır. Bir neçə ədəbi janrı birləşdirən bu əsər mürəkkəb quruluşa malikdir. Əgər oxucu əsərin sufi mahiyyət daşıdığını bilmirsə, emosiyaların parlaq təsvirlərini adi sevgi hekayəsi kimi dəyərləndirə bilər, halbuki burada ilahi eşqə işarə edilir.

 

Xosrov və Şirin. Bəxzad məktəbinin miniatürü.

~

Leyli və Məcnun

Ərəb mənşəli qədim bir əfsanəyə əsaslanan bu poemanın mərkəzində Məcnun ləqəbli gənc Qeys və gözəl Leylinin bədbəxt məhəbbət hekayəsi dayanır. Nizaminin “Leyli və Məcnun”u bu əfsanənin fars dilində ən məşhur nəzmə çəkilmiş versiyasıdır. Əsər “udri” janrına aiddir və qarşılıqsız məhəbbət mövzusunu əhatə edir. Əsərdə tarixi şəxsiyyətlərlə bədii obrazlar bir-birinə qarışır.

Nizami əsərdə bir çox yeniliklər etmiş, hadisələri şəhər mühitinə keçirmiş, fars motivləri və təbiət təsvirləri ilə onu bəzəmişdir.

XVI əsrin ikinci yarısına aid müəllifi naməlum rəssamın miniatürü – Leyli və Məcnunun faciəli ölümünü təsvir edir. ABŞ Konqres Kitabxanası, Vaşinqton.

 

 

[1978-ci ildə Zeynəb Xanlarova və Arif Babayevin baş rollarda çıxış etdiyi Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operasına baxmaq üçün buraya klikləyin.]

~

Yeddi Gözəl

“Yeddi Gözəl” poemasının adı həm “yeddi portret”, həm də “yeddi gözəl” kimi tərcümə oluna bilər – burada şair söz oyunu ilə işləyərək adın çoxqatlı mənasını göstərmişdir. Əsər Sasanilər sülaləsinin hökmdarı Bəhram Gur (V Bəhram ) haqqında tarixi hadisələr və əfsanələrə əsaslanır. Əsərin yarısı Bəhramın yeddi arvadının – yeddi şahzadənin hekayələrindən ibarətdir. Hər şahzadə bir sarayda yaşayır, hər saray bir planetə, həftənin bir gününə və bir rəngə həsr olunmuşdur.

 

 

[“Yeddi Gözəl” poemasına əsaslanan Qara Qarayevin balet-filminə baxmaq üçün buraya klikləyin. Libretto və xoreoqrafiya: Rəfiqə Axundova, dirijor: Rauf Abdullayev, 1982-ci il.]

 

~

İsgəndərnamə

Nizaminin “İsgəndərnamə” poeması “İsgəndərin Kitabı” kimi tərcümə olunur. Əsər dərin fəlsəfi məzmunu ilə seçilir. Əsas qəhrəman – İsgəndər (Makedoniyalı İskəndər) poemada ədalət naminə mübarizə aparan ideal hökmdar kimi təqdim olunur.

Poema iki hissədən ibarətdir: “Şərəfnamə” İsgəndərin həyatını və qəhrəmanlıqlarını təsvir edir. “İqbalnamə” isə İsgəndərin filosof və peyğəmbər kimi təqdim olunduğu iki bölmədən ibarətdir. Birinci hissədə o dünyanı fəth edir, ikinci hissədə isə bu fəthlərin mənasızlığı üzərində düşünür.

 

 

Nizaminin əsərləri bu gün də dünyanın ən nüfuzlu kitabxanalarını və muzeylərini bəzəyir və Şərq miniatür sənətinin inkişafına təkan vermişdir. Bakıda – Nizaminin ömrünün böyük hissəsini keçirdiyi şəhərdə “Yeddi Gözəl” əsərinin qəhrəmanlarına həsr olunmuş heykəllər ucaldılmışdır. Azərbaycanın qədim şəhərlərindən biri olan Şəkidə, Şəki xanlarının sarayının əsas zalının divarları da “Xəmsə” qəhrəmanlarının portretləri ilə bəzədilmişdir.

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Romadakı məşhur “Villa Borghese” parkında Nizami Gəncəvinin abidəsini ziyarətindən görüntülər.

 

 

Müəllif: Mehin Hüseynli