
Hekayənizi Paylaşın, Ruhlandırıcı Güc Olun !

2009-cu ilin may ayından etibarən fəaliyyət göstərən “Fortuna” jurnalımız, illər boyu cəmiyyətimizə dəyər qatan uğurlu insanları tanıtmağa, onların nailiyyətlərini ictimaiyyətə, hər bir ailəyə və hər bir qəlbə çatdırmağa çalışırdı. Zamanla bu yanaşma daha da dərinləşdi: artıq biz , həmin uğurların arxasında dayanan psixoloji amillərlə və nəticələrlə yanaşı, uğura gedən inkişaf yolu,inkişaf prosesindəki daxili dönüş nöqtələrinə ,fərdi həyat və biznes strategiyalarına fokuslanırıq .Bu platformada həm də Azərbaycanın milli mənəvi mədəni irsinindən bəhs edirik.
Bizim hər zaman oxuyucularımıza çatdırmaq istədiyimiz odur ki, uğura gedən yol məqsəd və motivasiyadan ibarət deyil,onun əsasında psixoloji resurslar, inkişaf etdirici mühit, sağlam düşüncə tərzi, sosial və emosional balans, keyfiyyətli təhsil və güclü mənəvi dayaqlar dayanır. Və əlbəttə, bütün bunlar məqsəd hissi ilə birləşəndə həqiqi transformasiya baş verir.
Elə bu yanaşma ilə “Fortuna” jurnalımızda ,öz həyat yolunuzu, təcrübələrinizi və daxili dönüş nöqtələrinizi paylaşaraq oxuyucuların həyatında dönüş nöqtəsini yaratmağa dəvət edirik.Bu söhbət təkcə fərdi uğur hekayəsi olmayacaq – həm də oxucular üçün stimul və düşüncə qaynağı olacaq.
Çünki insan dəyişdikcə, dünya da dəyişir. Daxili inkişaf isə hər cəmiyyətin sağlam təməlidir.
Qeyd etmək istərdik ki, “Fortuna” təkcə jurnal deyil – eyni zamanda “Fortuna Psixologiya,Kouçinq və Etiket Mərkəzi” (“Fortuna Psychology Coaching and Etiquette Center”), “Fortuna PR Lifestyle Agentliyi” (“Fortuna PR Lifestyle Agency”) və “Fortune Uğurlu Azərbaycanlı Qadınların Alyansı” ( “Fortune Alliance of Women of Azerbaijan”) kimi fəaliyyət göstərən çoxşaxəli bir platformadır. Biz insanların inkişafına, psixoloji güclənməsinə uğur strategiyasını yaratmasına və o uğura çatmaq üçün pozitiv emosiyaları yaratmağa yönəlmiş layihələr həyata keçirir, onları həm fərdi, həm də peşəkar sahədə dəstəkləyirik.
“Fortuna”nın bütün platformaları ilə əməkdaşlığa Sizi dəvət edirik.
Hörmətlə,
“Fortuna” jurnalının təsisçisi və baş redaktor Səidə Musayeva
https://plum-stingray-357641.hostingersite.com/en
https://www.instagram.com/
https://www.instagram.com/
https://www.instagram.com/
https://www.instagram.com/



