PR & LiFestyle

SHE konqresi

 

Qadınlar dəyişir – dünya dəyişir. 22 may 2025-ci il tarixində keçirilən SHE Konqresi məhz bu fəlsəfənin canlı təcəssümünə çevrildi. Qadınların iqtisadi, sosial və yaradıcı sahələrdəki rolunu gücləndirməyi qarşısına məqsəd qoyan bu möhtəşəm tədbir bu il də yüzlərlə ilham verici qadını bir araya gətirdi.

Konqresdə ölkənin aparıcı dövlət və özəl sektor nümayəndələri ilə yanaşı, ictimai xadimlər, sahibkarlar və yaradıcı qadın liderlər də iştirak edirdilər. Konqresdə Milli Məclisinin deputatı,Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri , professor Hicran Hüseynovanın ,KOBİA İdarə Heyətinin sədri Orxan Məmmədovun, Azpromo-nun icraçı direktoru Yusif Abdullayevin,konqresin təşkilatçısı “RED Communications” agentliyinin icraçı partnyoru, “Edutainment.az”ın həmtəsisçisi, “Azərbaycanın 100 işgüzar qadını” cəmiyyətinin rəhbəri Tatyana Mikayılovanın çıxışları böyük maraqla qarşılandı. Onların hər biri qadının sosial transformasiyadakı misilsiz roluna diqqət çəkdi.

 

 

 

Tədbirdə “Fortuna Psixologiya və Kouçinq Mərkəzi” nin təsisçisi və “Fortuna” jurnalının baş redaktoru, Səidə Musayeva və “Art and Creativity Club” un rəhbəri və təsisçisi Cəmalə Naxçıvani da iştirak etdi.

Tədbir iştirakçıları qadınların daxili gücünün kəşfi, öz potensialını tanıması və cəmiyyətə töhfə verməsi üçün psixoloji dəstəyin vacibliyindən danışdı. Qadının emosional sağlamlığının sosial rifaha təsiri xüsusi yer tutur:Güclü qadın — ruhən sağlam qadındır.

 

 

SHE Konqresi yalnız müzakirə və təhlil platforması deyil – bu, ruhlandıran təcrübələrin, güclü hekayələrin və gələcək planların bölüşüldüyü bir meydandır. Burada səslənən hər fikir, atılan hər addım qadının inkişafına və cəmiyyətin tərəqqisinə doğru bir irəliləyişdir.

 

 

Bu tədbir bir daha sübut etdi: qadın sadəcə cəmiyyətin üzvü deyil, onun memarıdır. Onun düşüncəsi, əməyi, yaratmaq istəyi, liderlik bacarığı və şəfqəti – gələcəyin əsas təməl daşlarıdır.

Fortuna komandası olaraq biz inanırıq: hər bir qadının içində bir lider yatır. Ona dəstək olmaq, onu görmək və səsləndirmək isə hər birimizin vəzifəsidir.